Əsas Səhifə > Dünya / Elm və Kültür / Melange / Manşet / Sağ xəbərlər > ABŞ-İran atəşkəsi bitdi, Tehranla danışıqlar vaxt itkisidir - TRAMP
ABŞ-İran atəşkəsi bitdi, Tehranla danışıqlar vaxt itkisidir - TRAMPBu gün, 17:18. |
|
Prezident Donald Tramp bildirib ki, onun fikrincə, ABŞ ilə İran arasında atəşkəs rejimi artıq qüvvədə deyil. Civilazerbaijan.com bildirir ki, bu barədə Ankaradakı NATO sammitində jurnalistlərin suallarını cavablandırarkən danışıb. "Məncə, hər şey bitdi. Artıq onlarla heç bir iş görmək istəmirəm", –Tramp vurğulayıb. Onun sözlərinə görə, hazırkı durumu hələ amerikalı danışıqçılarla gözdən keçirəcək, amma Tehranla danışıqları davam etdirməyi "vaxt itkisi" sayır. Prezident həmçinin əlavə edib ki, Amerika ordusu iyulun 8-nə keçən gecə İran ərazisinə "çox güclü zərbələr" endirib: "Biz onlara dedik ki, "gedin, öz dəfn işlərinizlə məşğul olun", onlar isə bunun əvəzinə dünən gəmiləri atəşə tutmağa başladılar. Buna görə də ötən gecə onlara çox ağır zərbə vurduq". İyunun ortalarında ABŞ və İran arasında qarşılıqlı anlaşma memorandumu imzalanıb. Sənədə əsasən, 60 günlük atəşkəs elan edilməli və yekun sülh sazişinin bağlanması ilə bağlı danışıqlara başlanmalı idi. Geri qayıt |